TİBBİ HÜQUQ....TİBBİ HÜQUQ HƏM ELMDİR, HƏM DƏ RASİONAL İDARƏETMƏ.

23-09-2026, 17:51           
TİBBİ HÜQUQ....TİBBİ HÜQUQ HƏM ELMDİR, HƏM DƏ RASİONAL İDARƏETMƏ.
SON GÜNLƏR BİR SIRA XƏSTƏXANALARDA, XÜSUSİLƏ Təbriz Məmmədovun Mərkəzi Klinik xəstəxanadan anasının başına gətirilən neqativ haldan yazması ortalığa həlli vacib bir problemi gətirir
İnfarkt diaqnozu qoyulan qadının oğluna 2500manat ödəniş edilməsi haqda göstərişin olması qanuidirmi, ödəniş aparılmasa həkim xəstəyə yardım etməməlidir (??!),bu annormal halda pasiyentin hüquqi necə qorunmalıdır ,2500-1600 manat ödəniş söhbəti nəyə əsaslanır?
Əvvəlcə onu deyim ki, hökumət tibbi xidmət qiymətlərini Türkiyə olduğu kimi,həm də minimum əmək haqqı nəzərə alınmaqla özü tənzimləmə, parlament də "Pasiyentlərin hüquqları haqqında"ayrıca qanun qəbul etsə həkim -xəstə münasibətlərində "qalxoza"oxşar vəziyyət yaranmaz.Təəssüf ki, parlament ovçular,balıqçılar, damazlıq heyvandarlıq, pendirsatan və pendiralanlar haqqında qəbul edir, ancaq psixoloji cəhətdən ağır vəziyyətdə olan xəstələr haqqında qanun qəbul etmir!???
Qaldı tibbi xidmət qiymətlərinə əgər hökumət minimum əmək haqqı nəzərə alınaraq bu sahədə tənzimlənmə aparsa rentgen müayinəsi bəlkə də 18,UZi,KT,MRT və s 20-30 manat olardı
Fizioloji doğuş hansı iqtisadi əsaslanmaya görə 3000-4000 (??) manat olmalıdır.? Əvvəl O bir toyuğa, ya da bir QAZA tutulardı.
Belə anlaşılır ki, hökümət də, parlament də sanki bu sahədə ciddi dönüş yaratmağa aid qərarlar qəbul etmək istəmirlər, bəlkə də onlar daha yaxşı bilirlər ki, səhiyyəni tam yıxılmağa qoymayın Ailə Büdcəsidir.
Əhalinin 99 faizi elə bilir ki, Özəl TİBBİ Müəssisələrdə hər xidmət ödənişlidir.Yox,elə deyil. "Özəl TİBBİ Fəaliyyət haqqında"qanunun 14-cü maddəsinə görə özəllərdə təxirəsalınmaz tibbi yardım pulsuzdur.
Yuxarıda qeyd olunan hadisədə Mərkəzi Klinik xəstəxana tərəfindən vətəndaşa oxunan 2500-1600 manat ödəniş qanunsuzdur, əgər ödəniş olmasa xəstəyə "baxa bilmərəm"absurd bəhanədən başqa bir şey deyildir
Cinayət Məcəlləsinin 142-ci maddəsinə görə üzürlü səbəb olmadan xəstəyə yardım edilməməsi nəticəsində ağırlaşmalar baş verirsə,4-6 il, ölürsə 6-8 il azadlıqdan mərhumetmə məsuliyyəti yaranır.Xəstənin pulunun olmaması və ya ödəniş aparılmaması üzürlü səbəb sayılmır.
Digər tərəfdən tutaq ki,8-ci km ərazisində bədbəxt hadisə,avtoqəza, müxtəlif mənşəli travmalar və s, baş verib xəstəni ya özləri,ya da Təcili Tibbi Yardım yaxın özəl müəssisələri kənara qoyub Sabunçu,"köhnə Semaşkoya aparmaq həkim üçün bəzi hallarda hüquqi məsuliyyət yaradır.Hamı yaxşı bilir ki, qanaxması, ciddi travma alanı ən yaxın xəstəxanaya çatdırılmalıdır.Əgər tutaq ki, xəstə uzaq məsafəyə aparılında (belə hallar tez-tez baş verir) ölürsə onda həkim üçün cinayət məsuliyyəti yaranır.
Eyni zamanda əgər Özəllər təxirəsalınmaz tibbi yardıma ehtiyacı olanlara yardım etmirsə, başqa səmtə yönəldirsə onda Cinayət Məcəlləsinin 142,143-cü maddələri (Tibbi Yardım etməmək və insan sağlamlığını təhlükədə qoyma)ilə məsul şəxslərə cinayət işi açılmalıdır.Heç bir ödəniş də edilməməlidir.
İndi Təcili Tibbi Yardımın Təbib direktoru Anar Bayramov tərəfindən yeni təyin olunmuş direktoru Kravçenko özbaşınalıq və hoqqabazlıq edərək TTY briqadalarına 1/ . göstəriş verib ki , . xəstələri özəllərdən yalnız Mərkəzi Klinikaya, Mərkəzi Gömrük Hospitalına (??? iddia olunur ki, mənfəətə görə?) aparmaq olar (?!)...
Cənab Kravçenko bununla əhalinin qanunla qorunan hüquq və mənafelərinə hüquqazidd əməl törətmiş olur, eləcə də 3 milyonluq Bakı əhalisinin sağlamlığını təhlükədə qoyur və xəstələri oz mənfəəti naminə qanunsuz ödəniş etməyə şərait yaradır.Cinayət Məcəlləsinin 142 və 143-cü maddələri tam gücü ilə tətbiq edilsə və müstəqil, peşəkar tibbi jurnalistika olsa tibbi xidmətdə, səhiyyənin idarəedilməsində xeyli dönüş yaratmaq olar.
Bədbəxtlikdən səhiyyədə nə hüquq işləyir,nə də qanun, bircə pul işləyir.
P.S.Yəqin deyirsiniz nə çox yazıb, çox oxuyun ki, hüquqlarınızı biləsiniz.Az da olanda mahiyyəti açmaq olmur.
Faiq Memmedli. həkim-ekspert
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]