AYNA-nın bu paylaşımı sərt tənqid olundu - "İnsanları ələ salmısız" FOTO

18-09-2026, 07:21           
AYNA-nın bu paylaşımı sərt tənqid olundu -
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) metro xətlərinin ayrılması layihəsinin başlanması fonunda avtobusların sərnişinlərə fasiləsiz xidmət göstərməsi ilə bağlı paylaşdığı videolar sosial şəbəkələrdə sərt tənqidlərlə qarşılanıb.
Bizimesr.media bildirir ki, paylaşımın şərh bölməsində bütün istifadəçilər vəziyyətin əksini göstərən fikirlər səsləndiriblər. Sərnişinlər avtobus çatışmazlığından, uzun gözləmə müddətindən və yaranan sıxlıqdan sərt narazılıqlarını bildiriblər.
Bəzi istifadəçilər AYNA-nın paylaşdığı görüntülərin şəhərdəki real vəziyyəti əks etdirmədiyini qeyd edərək qurumu tənqid edib və paylaşımın insanlarda narazılıq yaratdığını bildiriblər.
Qeyd edək ki, metro xətlərinin ayrılması ilə əlaqədar Bakının bir sıra ərazilərində ciddi tıxaclar və ictimai nəqliyyatda sıxlıq yaranıb. Şəhərin müxtəlif istiqamətlərində minlərlə sərnişinin avtobus gözlədiyi, əsl xaos müşahidə olunur.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]