İqtisadiyyat naziri Mikayıl Cabbarov, sitat: “Azərbaycan hökumətinin əsas hədəfi və ambisiyası milli iqtisadiyyatının mürəkkəbliyinin artırılmasıdır...."

18-09-2026, 00:05           
İqtisadiyyat naziri Mikayıl Cabbarov, sitat: “Azərbaycan hökumətinin əsas hədəfi və ambisiyası milli iqtisadiyyatının mürəkkəbliyinin artırılmasıdır...."
İqtisadiyyat naziri Mikayıl Cabbarov, sitat: “Azərbaycan hökumətinin əsas hədəfi və ambisiyası milli iqtisadiyyatının mürəkkəbliyinin artırılmasıdır. Bunun açarı düşünürəm ki, istedad, texnologiya və ekosistemin birləşməsidir. İnsan amili həlledicidir, bir şərtlə ki, imkan yaradan siyasət, mühit və ekosistem mövcud olsun".
Xatırlıyırsınızsa, illərdir məmləkətdə çox primitiv, sadə, büdcə xərcləmələrindən, büdcənin isə neft-qaz sektorundan birbaşa və dolayı asılı olan iqtisadi sistem olduğunu deyirdik, yazırdıq.
Bu anlamda, hörmətli nazirin dediyi tam doğrudur – iqtisadi modelimiz, sözün yaxşı mənasında, mürəkkəb və çoxşaxəli olmalıdır. Bu mənada hörmətli Mikayıl müəllimin dediklərinə qatılıram. Amma, sual yaranır da, əgər bunun üçün insan amili, insan, biznes üçün imkan yaradan siyasət, mühit olmalıdırsa, indidiyədək niyə olmayıb?! Nə səbəbə iqtisadiyyat bəsit model üzərinə inşa edilib? Nədən biznes və insan üçün imkan yaradan ekosistem qurulmayıb? Bu sullar ona görə legitim və əsaslıdır ki, olsaydı, qurulsaydı, iqtisadi modeli mürəkkəbləşdirmək ehtiyacı doğmazdı.
Hə, onu da deyim ki, mürəkkəbi qurumamış bəzi qaydalar, qanunlar da işləmir, və ya, bəzi aşırı tənzimləmə qaydalarının mürəkkəbi qurumamış ləğv edilməsinə də ehtiyac var ki, insan və biznes çün uyğun ekosistem yaransın...
Natig Jafarli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]