2013-cü ilin bu günü bu yaramazın həyatımı dağıtdığı gündür.
17-09-2026, 11:39

Unutmadım, unutmayacam!!!
Yəqin ki, çoxlarınız Aleksandr Dümanın “Qraf Monte-Kristo” əsərindəki Edmond Dantesin sonda yaşadığı məmnunluq hissləri haqqında oxumusuz.
TEREF yazır ki, bunu tanınmış jurnalist Parviz Hashimli öz sosial şəbəkə səhifəsində yazıb.Parviz Hashimli daha sonra yazır:
O həyatının ağır günündə düşünürdü:
Mənim çəkdiyim ağrını heç kim geri qaytara bilməz. Amma bir gün həqiqətin üzə çıxdığını, mənə haqsızlıq edənlərin etdikləri ilə üzləşdiyini görmək istəyirəm.
Və gördü də…
Mən də həmçinin, Mahmudovun tifaqının necə darmadağın olmasını gördüm.
Məni şərləyən İlqar Əliyev həbsindən sonra kamerasında asılı tapıldı.
Generalllar- Elçin Quliyev, Mövlam Şıxəliyev uzunmüddətli həbsə girdi.
Kimisinin anası, kimisinin xanımı, kimisinin də uşaqları ofisimə gəlib qarşımda ağladı…
Çovdarov zəng edib “axı, səni mənim idarəm tutmayıb, mən sənə pislik etməmişəm” deyəndə, “hamınız Eldarın dəstəsində olmusuz” cavabını verirdim.
Elçin Quliyev ömrünün 10 il 6 ayını həbsdə keçirdi.
Amma Elçin Quliyevi bu cinayətlərə sövq edən , hələ də yüz milyonlara sahib olan Eldar Mahmudov ona nə bir qutu siqaret, nə də onkoloji xəstəlikdın əziyyət çəkən xanımı üçün bir qutu dərman aldı.
TEREF

