Suraxanıda gecə aparılan tikinti sakinləri ayağa qaldırdı – Video

17-09-2026, 17:07           
Suraxanıda gecə aparılan tikinti sakinləri ayağa qaldırdı – Video
Bakının Suraxanı rayonunun Köhnə Suraxanı qəsəbəsində gecə saatlarında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub.

Tribuna.az-a məlumat verən sakinlər bildiriblər ki, qanunsuz tikinti işləri “Ballı Market”ə yaxın ərazidə aparılır. Onların sözlərinə görə, kimliyi məlum olmayan şəxs obyektə əlavə artırma edir.

Sakinlər iddia edirlər ki, diqqət çəkməmək üçün tikinti işləri gecə saatlarında həyata keçirilir. Bu isə ərazidə yaşayanların narazılığına səbəb olur.

Onların sözlərinə görə, gecə yarısınadək davam edən işlər yaxınlıqda yaşayan sakinlərin istirahətini pozur.

Sakinlər qanunsuz tikinti işləri ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə də müraciət ediblər. Onlar sual edirlər ki, İcra Hakimiyyətinin başçısı Adil Əliyev bu işlərə niyə göz yumur.

Hələlik sakinlərin müraciətinə cavab verilməyib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]