SOCAR Azneft İB rayondan işçiləri Bakıya çağırıb sonra "gedəsi olmadınız" deyib onları geri qaytarmaq!? İşçilərə verilən bu əziyyət məqsədyönümlüdür?!

17-09-2026, 09:48           
SOCAR Azneft İB rayondan işçiləri Bakıya çağırıb sonra "gedəsi olmadınız" deyib onları geri qaytarmaq!?  İşçilərə verilən bu əziyyət məqsədyönümlüdür?!
SOCAR Azneft İB Neft Daşlarında növbə dəyişimində neftçilər növbəti problemlə üzləşib. Rayonda yaşayan işçiləri əvvəl Bakıya çağirib ,sonra "gedəsi olmadınız" deyib onları geri qaytarmaq !? İşçilərə verilən bu əziyyət məqsədyönümlüdür ?! Niyə?
Neftçilər yazır:
İşçilərə bilərəkdən əziyyət verilir. Rəsmi məlumatda 1.3-1.8 metr dalğa veriblər, 1 həftədir hamı bilir ki, ayın 17-dən küləklər başlayır, 90% gəmi olmayacaq. Dünən proqnozda yazıblar ki, dalğa 1.3-1.8 metr olacaq , rayondan gələn işçilər Bakı ətrafında olsunlar.Hamı gəlib hərə bir yerdə gözləyir.İndi qrupda yazdılar ki, hava şəraiti ilə əlaqədar növbə dəyişilməyəcək. Bunu 3 gündü hamı bilir ki, belə olacaq, bu halda dalğanı 1.3-1.8 yazıb camaatın əsəbi ilə oynamaq kimin marağındadır? Onda zəhmət çək dəyiş npvbəni bu dalğada. 90% işçi hamı Bakıdadır.İndi də dedilər qayıdın rayona. Ayın 20-nə kimi gəmi olmayacaq.
Qeyd: Əvvəl növbə dəyişmək üçün Bakıya çağrılıb,sonra geriyə, yaşadıqları rayona qaytarılan işçilərin çəkdikləri xərc bunun üçün cavabdeh olan şəxs tərəfindən ödənilməlidir!
Mirvari Gahramanli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]