Tofiq Yaqublu Bakıda özəl klinikaya yerləşdirildi

12-09-2020, 22:01           
Tofiq Yaqublu Bakıda özəl klinikaya yerləşdirildi
Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu “Baku City Hospital”ın reanimasiyasında yerləşdirilib.
Teref.az-ın xəbərinə görə, bu barədə Tofiq bəyin qızı Nigar Hezi xəbər verib

Nigar xanımın dediyinə görə Tofiq Yaqublu həkim nəzarətindədir.

Qeyd: T.Yaqublu artıq 11 gündür aclıq etdiyini açıqlayıb.
Xatırlatma: Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir. Hökmdən apelyasiya şikayəti verilib. O, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]