İran ABŞ ilə münaqişədən əvvəlki dövrlə müqayisədə hərbi gücünü artırdı 7-10-2026, 00:04 İran ABŞ ilə münaqişədən əvvəlki dövrlə müqayisədə silah istehsalı gücünü 2,5 dəfə artırıb.Teleqraf xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, özəl sektorun iştirakı ilə ayrı-ayrı silah növlərinin istehsalı üç dəfədən çox artım nümayiş etdirib:"Əgər düşmən yenidən səhv hesablamalarını təkrarlamaq istəsə, daha müasir silah və texnika ilə qarşılaşacaq və sərt cavab alacaq". Facebook-da paylaş