Çindən avtomobil ixracı çətinləşir: Yeni qaydalar açıqlandı

6-10-2026, 17:38           
Çindən avtomobil ixracı çətinləşir: Yeni qaydalar açıqlandı
2027-ci ildən etibarən Çindən avtomobil ixrac edən istehsalçılar avtomobillərin ölkə xaricində təmiri və texniki xidmətinin mümkünlüyünü, eləcə də ehtiyat hissələri ilə təminatını təsdiqləməli olacaqlar.

"Kommersant" nəşri xəbər verir ki, bu dəyişiklik qlobal brendlərin hazırda Çində populyar olan modellərinin xaricə ixracını çətinləşdirə bilər.

2026-cı ildən etibarən istehsalçının icazəsi olmadan Çindən istənilən markalı avtomobili yalnız onun Çində 180 gündən çox qeydiyyatda olması şərtilə ixrac etmək mümkün olacaq. Bu müddətdən sonra avtomobil, hətta yürüşü sıfır olsa belə, işlənmiş hesab ediləcək.

Yeni avtomobillərin ixracı üçün isə istehsalçının razılığı tələb olunacaq.

2027-ci ildən istehsalçılardan xaricdə servis mərkəzləri şəbəkəsinin mövcudluğunu təsdiqləmək tələb ediləcək. Bildirilir ki, bunun üçün Çin hakimiyyəti servis mərkəzlərinin sənədlərini, əməkdaşlar barədə məlumatları və avadanlıqların fotoşəkillərini də tələb edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]