Böyük Britaniyadan İsrailə ultimatum: Nə baş verir?

6-10-2026, 00:06           
Böyük Britaniyadan İsrailə ultimatum:
Böyük Britaniyanın İsraildəki səfiri Saymon Uolters Təl-Əvivə xəbərdarlıq edib.
Globalinfo.az bildirir ki, London İsraildəki səfirliyindən 27 diplomatı ölkədən çıxaracaq.

Ancaq bu addım İsrailin xarici işlər naziri Gideon Saar Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanması ilə bağlı qərarı ləğv etməyəcəyi təqdirdə atılacaq.

İki ölkə arasında münasibətlər 2026-cı ilin sentyabrında Britaniyanın İordan çayının Qərb sahilindəki İsrail yaşayış məntəqələrinə qarşı iqtisadi sanksiyalar tətbiq etməsindən sonra daha da gərginləşib.

Buna cavab olaraq Gideon Saar Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanmasına və onun əməkdaşlarının diplomatik vəsiqələrinin ləğv edilməsinə qərar verib.

Qərarın oktyabrın 8-də qüvvəyə minəcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]