İspaniyada 11 evdən ibarət kənd satışa çıxarılıb

5-10-2026, 15:18           
İspaniyada 11 evdən ibarət kənd satışa çıxarılıb
İspaniyanın şimal-qərbində yerləşən Qalisiya bölgəsinin Ourense əyalətinin Viana-du-Bolo rayonunda bütöv bir kənd satışa çıxarılıb.

"Business Insider" xəbər verir ki, obyektin qiyməti 850 min avrodur.

Kənd turizm və ya digər biznes üçün istifadə oluna biləcək bir sıra binalardan və infrastruktura malikdir.

Alıcıya 12 tikili, o cümlədən 11 yaşayış evi, həmçinin 40 min kvadratmetr sahəsi olan torpaq sahəsi təklif olunur.

Bütün evlərin ümumi faydalı sahəsi 2 160 kvadratmetrdir. Onlarda 44 yataq otağı və 21 vanna otağı var.

Obyektin tərkibinə həmçinin ibadətgah, aptek və ya ambulatoriya, eləcə də iki anbar daxildir.

Satış elanı yeni deyil, lakin onun qiyməti dəyişib. 2021-ci ildə kompleks 1 milyon 113 min avro dəyərində qiymətləndirilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]