"Google"dan "Gemini Pro" ilə bağlı yeni qərar

5-10-2026, 17:44           
"Google"dan "Gemini Pro" ilə bağlı yeni qərar
"Google" şirkəti oktyabrın 9-dan etibarən "Gemini Pro" süni intellekt modelini ödənişsiz istifadədən yığışdıracaq.

Bu barədə məlumat korporasiyanın məlumat mərkəzində yerləşdirilib.

Şirkətdən dəqiqləşdirilib ki, "AI Plus" abunəliyi olan istifadəçilər dəqiq müddət və şərtlər barədə e-poçt vasitəsilə məlumatlandırılacaqlar. Ödənişsiz hesaba malik olan istifadəçilər üçün isə "Gemini Flash-Lite" modelinə çıxış saxlanılacaq.

Xatırladaq ki, oktyabrın 1-də "Google" "Gemini 4 Argon" adlı yeni süni intellekt modelini təqdim edib. Yeni model proqram təminatının hazırlanması, hüquqi və maliyyə təhlili, eləcə də kibertəhlükəsizlik daxil olmaqla mürəkkəb, çoxmərhələli tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulub.

"Google" artıq "Gemini 4 Argon" modelini daxili ehtiyacları üçün tətbiq etməyə başlayıb. Yeni model korporasiyanın data mərkəzlərində yaddaşın istifadəsini optimallaşdırmağa və əlavə avadanlıq almadan yüzlərlə terabayt sahəni azad etməyə kömək edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]