Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

5-10-2026, 17:24           
Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb
Böyük Britaniyanın ikinci ən varlı şəxsi hesab edilən milyarder Devid Ruben ölkəni tərk edərək Monakoya köçüb.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, 88 yaşlı daşınmaz əmlak maqnatı və “Nyukasl Yunayted” futbol klubunun səhmdarı olan Devid Rubenin kiçik qardaşı Saymon Rubenlə birlikdə sərvətinin təxminən 28 milyard funt sterlinq olduğu bildirilir. Ruben qardaşları bu il “The Sunday Times” qəzetinin hazırladığı ən varlı şəxslərin siyahısında ikinci yerdə qərarlaşıblar. Onlar Londondakı tarixi binaların yenidən qurulması ilə də tanınırlar.

Milyarderin sözçüsü onun Monakoya köçdüyünü təsdiqləyib, lakin əlavə şərh verməkdən imtina edib. Devid Rubenin gedişi Leyboristlər hakimiyyətə gəldikdən sonra Böyük Britaniyanı tərk edən bir sıra varlı iş adamlarının köçünün davamı kimi qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]