ABŞ-də uğursuz edam cəhdi həbsxana rəhbərinin istefası ilə nəticələndi

4-10-2026, 12:08           
ABŞ-də uğursuz edam cəhdi həbsxana rəhbərinin istefası ilə nəticələndi
ABŞ-nin Tennessi ştatının həbsxana sisteminin rəhbəri Frank Strada uğursuz edam cəhdindən sonra vəzifəsindən istefa verəcək.

AP agentliyi xəbər verir ki, Strada oktyabr ayında vəzifəsini tərk edəcək.

Qeyd edək ki, sentyabrın 30-da Tennessi ştatının Neşvill şəhərindəki həbsxanada ölüm cəzasına məhkum edilmiş Krista Payka ölümcül preparatdan iki doza vurulub. Lakin edam baş tutmayıb və Payk xəstəxanaya yerləşdirilib. Onun vəkillərinin bildirdiyinə görə, qadın huşsuz vəziyyətdə süni tənəffüs aparatına qoşulub.

Paykın vəkilləri hesab edirlər ki, venadaxili xətlərin yerləşdirilməsi ilə bağlı problem preparatın qan dövranına deyil, bədən toxumalarına keçməsinə səbəb olub.

Hadisədən sonra Tennessi qubernatoru Bill Li müstəqil araşdırma başladıb və ştatda digər edamların keçirilməsini dayandırıb.

Payk Tennessidə 200 ildən artıq müddətdə edam ediləcək ilk qadın olmalı idi. O, 1995-ci ildə 19 yaşlı Kolin Slemmerin qətlində təqsirli bilinərək ölüm cəzasına məhkum edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]