İxtirasının qazancını “oğurladılar”

3-10-2026, 12:23           
İxtirasının qazancını “oğurladılar”
Yaşadığımız dünyanı avtomobilsiz təsəvvür edə bilməyiniz, əminəm ki, mümkün deyil.

Sadəcə avtomobil üzərindən nümunə olaraq sözə başlamaq istərdim. Hər kəsin hər gün istifadə etdiyi şəxsi və ya ictimai avtomobillər, təkərləri olmadan əlbəttə ki, hərəkət edə bilməzlər.

Təkər hasil etmək isə sandığınız qədər asan başa gəlmədi. Xammalı kauçuk olan təkərləri, şinləri hazırlamaq heç də əlverişli deyildi. Kauçuk istidə asanlıqla əriyir, soyuqda serves çatlayırdı.

Charlz Qudyer (Charles Goodyear) 1844-cü ildə kauçuku kükürdlə əritdi. Nəticə gözlənilməz oldu. Kauçukla kükürd yumşaq, elastik və davamlı maddəyə dönüşdü. Alınan məhsul istiyə və soyuğa dözümlü idi.

Qudyerin bu ixtirasına “kauçukun vulkanizasiyası” deyildi və müəllif buna görə patent hüququ aldı. Vulkanizasiya olunmuş kauçuk təkər, şin, ayaqqabı, kəmər, çanta – bir sözlə, xeyli sayda sahədə istifadə olundu.

Charlz isə patentin gəlirini ala bilmirdi. Bununla bağlı məhkəmə çəkişmələri başladı. Məhkəmələrə xeyli sayda vəsait xərclədi, borc səbəbindən həbsə düşdü. Acınacaqlısı odur ki, kəşfinin səfası yerinə cəzasını çəkdi.

1860-cı ildə, məhkəmə mübahisələri bitmədən, kasıb və borc içində dünyasını dəyişdi. Öldüyü zaman 200.000 dollar borcu olduğu bildirildi. Ölümündən sonra da varisləri patentdən gəlir əldə edə bilmədilər.

Bu gün avtomobilinizdə istifadə etdiyiniz “Goodyear” markalı təkərlər, onun ölümündən 38 il sonra – 1898-ci ildə Frank Sayberlinq (Frank Seiberling) tərəfindən yaradılan “Goodyear Tire & Rubber Company” şirkətinin “Goodyear” adlı məhsuludur.

Sağ ikən ixtirası sahibinə fayda verməsə də, ölümündən sonra Frank Sayberlinq onun adını unutdurmadı.
Tərifə Şükürqızı
faktum.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]