Argentina investisiya qarşılığında xarici vətəndaşlara ölkə vətəndaşlığı almaq imkanı verən “qızıl pasport” proqramını işə salıb.
Bizimesr.info bildirir ki, proqrama əsasən, vətəndaşlıq üçün Milli Xəzinədarlığa 350 min dollar geri qaytarılmayan ianə etmək və ya 800 min dollar dövlət istiqrazı almaq tələb olunur.
Proqramdan investorların həyat yoldaşları və 25 yaşadək övladları da yararlana biləcək. Ailə üzvləri üçün ödəniş məbləği 25 min–100 min dollar arasında dəyişəcək.
Müraciətlər zamanı vəsaitin mənbəyi, aktivlər, maliyyə vəziyyəti, cinayət keçmişi və ərizəçinin reputasiyası yoxlanılacaq. Yekun qərarı Milli Miqrasiya İdarəsi verəcək.
“Financial Times”ın yazdığına görə, Argentina hökuməti proqram vasitəsilə on milyardlarla dollar vəsait cəlb etməyi planlaşdırır.