Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı təcili görüş keçirəcək

3-10-2026, 10:24           
Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı təcili görüş keçirəcək
Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanının daxil olduğu Məkkə Müdafiə Paktının üzvləri Yəməndəki husilərlə bağlı vəziyyəti müzakirə etmək üçün gələn həftə ər-Riyadda təcili görüş keçirəcək.

TEREF APA-ya istinadla xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar məlumat verib.

Onun sözlərinə görə, görüşdə İranın husilərlə siyasi dialoq qurulması ilə bağlı təklifi də müzakirə olunacaq.

XİN rəhbəri onu da bildirib ki, İranın təklifi hələlik rəsmi razılaşma deyil və Tehran tərəfindən irəli sürülmüş xoşməramlı siyasi yanaşmadır. Görüşün əsas məqsədlərindən biri Yəməndə gərginliyin azaldılması və husilərlə bağlı mümkün siyasi həll yollarının müzakirəsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]