Əlcəzairdə ölüm hökmü geri qayıdır? - Parlamentdən mühüm qərar

2-10-2026, 17:18           
Əlcəzairdə ölüm hökmü geri qayıdır? -
Əlcəzair parlamenti Cinayət Məcəlləsinə meşələri yandıranlara və uşaqları qaçıranlara ölüm hökmünün tətbiqini nəzərdə tutan düzəlişi səs çoxluğu ilə təsdiqləyib.

Oxu.Az bu barədə "Al Jazeera" telekanalına istinadən xəbər verir.

Yeni dəyişikliklərə əsasən, xarici subyektlərin tapşırığı ilə meşələri və sahələri qəsdən yandıranlar, habelə dövlət və ya özəl əmlakı məhv edənlər edam cəzasına məhkum edilə bilərlər.

Eyni cəza bu əməlləri ictimai təhlükəsizliyi və qaydanı, milli birliyi, yaxud iqtisadi və ekoloji sabitliyi pozmaq məqsədilə törədənlərə də şamil olunacaq. Uşaqları qaçıran şəxslər isə cinayət işgəncə, cinsi zorakılıq və ya xəsarətlə müşayiət olunduğu təqdirdə edam ediləcəklər.

Qeyd edək ki, Cinayət Məcəlləsinə edilən düzəlişlər parlamentin yuxarı palatası və ölkə prezidenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]