Süni intellekt bəşəriyyət üçün təhlükəlidir? - ABŞ hərəkətə keçdi

1-10-2026, 11:18           
Süni intellekt bəşəriyyət üçün təhlükəlidir? -
ABŞ Federal Ticarət Komissiyası ("FTC") "Anthropic" və "OpenAI" də daxil olmaqla, süni intellekt (Sİ) sistemlərinin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb.

Bu barədə ABC News mənbəyə istinadən məlumat yayıb.

"Wall Street Journal"ın yaydığı xəbərdə də bildirilir ki, komissiya Sİ laboratoriyalarının texnologiyanın yaratdığı təhlükələr barədə ictimaiyyəti yanıltıb-yanıltmadığını araşdırmaq üçün istehlakçıların müdafiəsi ilə bağlı səlahiyyətlərindən istifadə etməyi planlaşdırır.

FTC-nin yüksəkvəzifəli əməkdaşının sözlərinə görə, araşdırma yaxın vaxtlarda başlayıb və agentlik qarşıdakı həftələrdə hər iki şirkətə mülki xarakterli rəsmi sorğular göndərməyi planlaşdırır.

Araşdırmaya ehtiyac yay aylarında, bəzi halları açıq şəkildə müzakirə edən süni intellekt tədqiqatçılarının texnologiyanın bəşəriyyətin məhvinə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlarını ifadə etməsindən sonra yaranıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]