Böhran nəhənglərin mənfəətini artırdı

30-09-2026, 17:38           
Böhran nəhənglərin mənfəətini artırdı
İran müharibəsi fonunda yüksələn neft və yanacaq qiymətləri dünyanın aparıcı enerji şirkətlərinin mənfəətinə də təsir edib.

“Reuters”in məlumatlarına görə, “Shell” şirkətinin ikinci rüb üzrə mənfəəti iki dəfədən çox artaraq 9,8 milyard dollara, “ExxonMobil”in mənfəəti isə 14,7 milyard dollara çatıb.

ABŞ-ın “Marathon Petroleum” şirkətinin mənfəəti də dörd dəfə artaraq 5,1 milyard dollara yüksəlib.

Qlobal yanacaq tədarükündə yaranan çətinliklər emal müəssisələrinin mənfəət marjalarını artıraraq şirkətlərin gəlirlərinin yüksəlməsinə səbəb olub.

“Marathon”un neft emalı üzrə mənfəət marjası bir barel üçün 36,33 dollara yüksəlib. Şirkətin emal müəssisələri isə 94 faiz gücü ilə fəaliyyət göstərib.

Bununla belə, Yaxın Şərqdəki qarşıdurmaların hasilat və daşınmaya təsiri enerji şirkətləri üçün risk olaraq qalmaqda davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]