Avropada yanacaq KƏSKİN BAHALAŞDI: Qiymətlər 34%-dək artdı

30-09-2026, 10:58           
Avropada yanacaq KƏSKİN BAHALAŞDI: Qiymətlər 34%-dək artdı
Ötən ay şəxsi nəqliyyat vasitələri üçün avtomobil yanacağı və yağlar illik müqayisədə 23.8% bahalaşıb.

Bu barədə "Avrostat" məlumat yayıb.

Qeyd olunur ki, iyul ayında yanacağın qiyməti 16.9%, iyun ayında 13.7%, may ayında isə 20.7% artıb. Aprel və mart aylarında qiymət artımı müvafiq olaraq 20.8% və 12.9% səviyyəsində qeydə alınıb.

Ən ciddi qiymət artımı Bolqarıstanda qeydə alınıb. Orada yayın sonuncu ayında yanacaq və yağlar üçün bir il əvvəllə müqayisədə 34.5% çox pul tələb olunub. Litvada qiymətlər 28.8%, Finlandiyada 27.6%, Fransada isə 27.4% artıb. Macarıstanda bahalaşma cəmi 1.3% təşkil edib. İsveçdə isə bu göstərici 6.1% olub.

Ümumilikdə, Avropa İttifaqında dizel yanacağı avqust ayında iyul göstəriciləri ilə müqayisədə 8.3%, benzin isə 3.3% bahalaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]