Çin Yaponiyanı təhdid elədi: "Tarixdən dərs çıxarmayanın gələcəyi yoxdur"
30-09-2026, 12:34
Çin Xarici İşlər Naziri Vanq Yi Pekində səfərdə olan Yaponiyanın sabq XİN başçısı, hazırda Beynəlxalq Ticarətin Təşviqi Assosiasiyasının (JAPIT) prezidenti Takeşi İvaya ilə görüşüb.
Mia.az-ın xarici mətbuata istinadla mlumatına əsasən, görüşdə Vanq Yi bildirib ki, Yaponiya liderləri Tayvan məsələsi ilə bağlı yanlış səhv açıqlama və bəyanatlardan uzaq olmalıdır.
O bildirib ki, Yaponiya hökuməti belə səhvləri təkrarlamalııdır: "Yaponiya Baş naziri Sanae Takaiçi 2025-ci ilin noyabr ayında parlamentdə Çinin qırmızı xətti olan Tayvanla bağlı sözləri ilə gərginliyə yol açıb. Ümid edirəm ki, belə yanlışlıqlar bir daha təkrarlanmaz. Traixdən dərs çxarmayanın gələcəyi yoxdur. Ola bilməz. İnanıramki, Yaponiya tarixdən dərs çıxararaq, keçmişdəki müharibədən sonra əldə olunmuş "Sülh Konstitusiyası"na meydan oxumayacaq".