Avropa İttifaqının ən çox spirtli içki qəbul edən ölkələri açıqlanıb

29-09-2026, 17:44           
Avropa İttifaqının ən çox spirtli içki qəbul edən ölkələri açıqlanıb
Portuqaliya ötən ilin yekunlarına görə Avropa İttifaqında (Aİ) spirtli içkilərin ən çox istehlak edildiyi ölkə olub.

Bu barədə "RİA Novosti" "Avrostat"ın məlumatlarına istinadən xəbər yayıb.

Belə ki, Portuqaliyada 16 yaşdan yuxarı əhalinin 16%-i hər gün spirtli içki qəbul edib. Bu göstəriciyə görə ikinci yerdə 7,9%-lə İtaliya qərarlaşıb. Siyahıda daha sonra Belçika və Danimarka (hər biri 7,5%), Niderland (6,3%) və Fransa (5,9%) yer alıblar.

Ümumilikdə ötən il Aİ-də 16 yaşdan yuxarı insanların 4,8%-i hər gün spirtli içki qəbul edib. Avropalıların 19,2%-i həftədə, 21,8%-i isə ayda ən azı bir dəfə spirtli içki içib.

Qeyd olunur ki, 2025-ci ildə Aİ-də kişilərin 56,5%-i, qadınların isə 35,9%-i ayda ən azı bir dəfə spirtli içki qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]