"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

29-09-2026, 12:34           
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
ABŞ tərəfindən sanksiya rejiminin yumşaldılması müqabilində İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb.

Bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Telekanalın Pakistandakı mənbələrinin məlumatına görə, buna İran-ABŞ danışıqlarında vasitəçilik edən şəxslər kömək ediblər.

İranın rəsmi şəxsləri hələlik məlumatı şərh etməyiblər.

"Reuters" agentliyi isə bildirib ki, ABŞ və İran arasında Qətərin vasitəçiliyi ilə Nyu-Yorkda danışıqların keçirilməsi gözlənilir. Belə ki, qətərli vasitəçilər bu gün və ya sabh Nyu-Yorkda İranın xarici işlər naziri Abbas Əraqçi ilə ayrıca, həmçinin ABŞ tərəfi ilə danışıqlar aparacağı gözlənilir.

"Axios" portalının müxbiri və İsrail televiziyasının 12-ci kanalının jurnalisti Barak Ravid isə bazar ertəsi ABŞ rəsmisinə istinadən bildirib ki, Tramp İranın nüvə proqramı ilə bağlı ABŞ-nin tələblərini yerinə yetirməsi müqabilində Tehrana qarşı sanksiyaları yumşaltmağa və İranın dondurulmuş aktivlərinin blokdan çıxarılmasına hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]