Rusiya işğal altındakı Ukrayna ərazilərini öz sisteminə inteqrasiya edir
28-09-2026, 00:10

Rusiya işğal altındakı Ukrayna ərazilərində uzunmüddətli nəzarəti möhkəmləndirməyə və bu bölgələri öz dövlət sisteminə inteqrasiya etməyə çalışır.
"The Atlantic"in yazdığına görə, Moskva bu siyasətə 2014-cü ildə Krımın ilhaqından sonra başlayıb, 2022-ci ildən etibarən isə digər işğal olunmuş ərazilərdə də analoji sistem qurmağa başlayıb.
Rusiya həmin ərazilərdə öz qanunvericiliyini və dövlət qurumlarını tətbiq edir, sakinlərdən Rusiya pasportu almağı tələb edir. Bu isə pensiya, sosial ödənişlər, iş və təhsil imkanlarına çıxışa təsir göstərir.
Məqalədə həmçinin ukraynalılara məxsus daşınmaz əmlakın müsadirə edilməsi, sənaye müəssisələrinin fəaliyyətinin dəyişdirilməsi və bölgələrin Rusiya iqtisadi-infrastruktur sisteminə inteqrasiyası barədə məlumat verilir. Nəşrin məlumatına görə, 2024-cü ildən etibarən ən azı 34 min əmlak obyekti müsadirə edilib və ya müsadirə üçün müəyyənləşdirilib.
İşğal altındakı ərazilərdə təhsil sisteminin də dəyişdirildiyini, məktəblərdə Rusiya proqramlarının tətbiq edildiyini və uşaqların hərbi-vətənpərvərlik yönümlü təşkilatlara cəlb olunduğunu bildirilir.
Bu siyasət müharibə başa çatdıqdan sonra həmin ərazilərin Ukraynaya reinteqrasiyasını daha mürəkkəb edə bilər.

