Ayı TƏHLÜKƏSİ: Rusiyanın ən uzun pilləkəninə giriş qadağan edildi

27-09-2026, 11:43           
Ayı TƏHLÜKƏSİ: Rusiyanın ən uzun pilləkəninə giriş qadağan edildi
Rusiyanın Krasnoyarsk şəhərində Torqaşin pilləkəni ayıların hücum təhlükəsi səbəbindən ziyarətçilər üçün bağlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə şəhər meriyası "Telegram" kanalında məlumat yayıb.

Rusiyanın ən uzun pilləkəni olan bu tikilinin uzunluğu 1 200 metrdir. O, "Stolbı" qoruğu ilə Torqaşin silsiləsini birləşdirir.

"Torqaşin pilləkəni ərazisində ayıların aktivliyi qeydə alınıb. Təhlükəsizliyiniz naminə xahiş edirik, pilləkənlə yuxarı qalxmayın", - deyə meriyanın məlumatında bildirilib.

Son həftələrdə Sibirdə və Uzaq Şərqdə ayıların insanlara hücumları artıb. Rusiya KİV-in məlumatına görə, ayı hücumları nəticəsində ən çox ölüm Krasnoyarsk diyarında qeydə alınıb: burada yırtıcıların hücumu nəticəsində azı altı nəfər ölüb. Yerli Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinə qarşı səhlənkarlıqla bağlı cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]