Rusiyada muzeydə ziyarətçi şəkilə baxanda gözlərinə inanmadı: Şüşədə naməlum qadın üzü GÖRÜNDÜ

27-09-2026, 12:54           
Rusiyada muzeydə ziyarətçi şəkilə baxanda gözlərinə inanmadı:
Rusiyadakı muzeylərdən birində ziyarətçi eksponatların yaxınlığında "xəyalət" olduğunu iddia edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.

Qazaxıstanlı turist Nərgizə Sankt-Peterburq şəhərində yerləşən Leninqradın mühasirəsi muzeyində olarkən blokada qurbanlarının əşyalarının nümayiş olunduğu sərgidə qadın siluetini lentə alıb.

Ekskursiya başa çatdıqdan sonra gənc qız fotolara yenidən baxarkən şüşə arakəsmədə "qadın üzünün cizgilərini" müşahidə edib. Gənclər qrupu digər şəkilləri də yoxlasalar da, şüşədə əks olunanın kim ola biləcəyini anlaya bilməyiblər. Nərgizə ehtimal edir ki, fotodakı siluet sərgidəki əşyaların - qab-qacağın, çörək kartlarının və mühasirə iştirakçılarının digər şəxsi əşyalarının keçmiş sahiblərindən birinə aid ola bilər.

Qızın sözlərinə görə, çəkiliş zamanı onların yaxınlığında həmin simaya bənzəyən heç kim olmayıb. O, fotoda görünən əksin tamamilə mistik bir varlıq olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]