Kiyevin israrlı tələbinə Vaşinqtondan MƏNFİ CAVAB

26-09-2026, 10:29           
Kiyevin israrlı tələbinə Vaşinqtondan MƏNFİ CAVAB
ABŞ Ukraynaya hərbi yardımın növbəti paketinə "Patriot" zenit-raket kompleksləri üçün raketləri daxil etməyib.

Bu barədə "Reuters" məlumat yayıb.

Qeyd olunub ki, qərar Ukrayna tərəfinin bu cür komplekslərin tədarükünün artırılması ilə bağlı israrlı müraciətlərinə baxmayaraq qəbul edilib. Daha əvvəl Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampı Ukraynaya "Patriot" üçün əlavə raketlər verməyə razı salmağa çalışacaqları bildirilmişdi.

Məlumata görə, "Patriot" raketlərinin hərbi yardım paketinə daxil edilməməsinə səbəb kimi İrandakı münaqişə və Ukrayna böhranı fonunda bu sursatların qlobal ehtiyatlarının tükənməsi göstərilib. Bununla yanaşı, Kiyev əlavə tədarük tələb etməkdə davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]