ABŞ İrana qarşı əməliyyatları dayandıracaq? - Senat səs verdi

25-09-2026, 09:07           
ABŞ İrana qarşı əməliyyatları dayandıracaq? - Senat səs verdi
ABŞ Senatı ordunun İrana qarşı Konqres tərəfindən icazə verilməmiş hərbi əməliyyatlarda iştirakının dayandırılmasını nəzərdə tutan qətnaməni qəbul etməyib.

Bu barədə "RIA Novosti" məlumat yayır.

Səsvermə zamanı qətnamənin lehinə 49, əleyhinə 50 səs verilib.

Hərbi səlahiyyətlər haqqında qanun çərçivəsində təqdim edilmiş sənəd ABŞ qoşunlarının iştirakına Konqres tərəfindən icazə verilmədiyi təqdirdə onların İrana qarşı döyüş əməliyyatlarından çıxarılmasını tələb edirdi.

İyul ayında Senat oxşar məzmunlu başqa bir qətnaməni də dəstəkləməmişdi. O zaman onun irəli sürülməsinə 47 senator səs vermiş, 49 senator isə əleyhinə çıxmışdı. Bununla belə, ABŞ Nümayəndələr Palatası Donald Tramp administrasiyasının İrana qarşı hərbi əməliyyatlarının məhdudlaşdırılmasına dair ayrıca qətnamə qəbul etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]