ABŞ İrana məxsus 600 milyon dollar dəyərində nefti ələ keçirdi: Tehrandan SƏRT REAKSİYA - FOTO

25-09-2026, 17:24           
ABŞ İrana məxsus 600 milyon dollar dəyərində nefti ələ keçirdi: Tehrandan SƏRT REAKSİYA - FOTO
ABŞ hakimiyyətinin İran neftini müsadirə etdiyi bildirilir.

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə gəmilərin hərəkətini izləyən "TankerTrackers" xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, ABŞ tərəfindən ümumilikdə təxminən 6 milyon barrel xam neft müsadirə edilib. Neftin ümumi dəyərinin 600 milyon dollara yaxın olduğu bildirilir.

Məlumata görə, cari ilin may ayında Hind okeanında saxlanılan tankerlər hazırda Atlantik okeanından keçərək ABŞ sahillərinə doğru hərəkət edir.

Tehran Vaşinqtonun bu addımlarını rəsmi olaraq "dövlət quldurluğu aktı" və İran xalqına məxsus resursların qanunsuz mənimsənilməsi kimi qiymətləndirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]