Dünyanı gözləyən təhlükə: El Ninyo yüzminlərlə insanın ölümünə səbəb ola bilər

24-09-2026, 15:18           
Dünyanı gözləyən təhlükə:
Yaxın altı ay ərzində El Ninyo iqlim fenomeninin güclənməsi nəticəsində təxminən 451 min insanın həyatını itirə biləcəyi proqnozlaşdırılır. Bu prosesin fəsadlarının bütün dünyada hiss olunacağı, ən çox zərər çəkə biləcək ölkələr arasında isə Nigeriya, İndoneziya, Hindistan və ABŞ-nin yer alacağı bildirilir.

Bu barədə "The Guardian" məlumat yayıb.

İqlimşünasların hesablamalarına görə, 2026-cı ilin sentyabrından 2027-ci ilin fevralınadək El Ninyonun təsiri ilə yaranan həddindən artıq isti hava, quraqlıq, meşə yanğınları və daşqınlar nəticəsində 451 min əlavə ölüm halı qeydə alına bilər.

Tədqiqatın həmmüəllifi, Çikaqo Universitetinin əməkdaşı Maykl Qrinstoun 451 min nəfərlik göstəricinin olduqca böyük olduğunu bildirib.

Bu rəqəm dünyanın 24 378 regionunda temperaturla bağlı əlavə ölüm halları arasındakı aylıq əlaqənin təhlili əsasında hesablanıb.

İqlimşünaslar əldə olunan məlumatları El Ninyonun təsiri ilə temperaturun yüksəlməsi proqnozları ilə müqayisə ediblər.

Tədqiqatçılar isti havanın təsirlərini azaltmaq üçün xüsusi sərinləmə mərkəzlərinin yaradılmasını, təhlükəli dövrlərdə xəstəxanalarda personal sayının artırılmasını, eləcə də açıq havada çalışan insanlar üçün qoruyucu tədbirlərin hazırlanmasını təklif edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]