İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi

24-09-2026, 16:24           
İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi
İtaliya parlamentinin Senatının deputatları ölkənin nüvə energetikasından imtina etməsindən təxminən 40 il sonra onun yenidən inkişafına imkan verən qanunu qəbul ediblər.

Bu barədə "Bloomberg" agentliyi xəbər verir.

Qanun hər hansı reaktorun tikintisinə icazə vermir, yalnız "gələcək layihələr üçün hüquqi əsas" yaradır.

Ölkədə atom enerjisi istehsalının bərpası üçün vaxt tələb olunur və İtaliyanın nüvə energetikası obyektlərinin tikintisinə və istismarına nə vaxt başlaya biləcəyi hələlik məlum deyil.

Qanun Baş nazir Corcia Meloni hökumətinin iqtisadiyyatı enerji daşıyıcılarının qiymətlərinin artımından qorumaq, habelə İtaliyanın xarici enerji resursları təchizatçılarından asılılığını azaltmaq məqsədi daşıyan siyasətinə uyğun olaraq qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]