Trampın ağıl dəngəsi pozulub?
21-09-2026, 00:03

Son 12 gün ərzində Donald Trampın açıqlamaları və davranışı daha da qəribə olmağa başlayıb. “CNN” kanalının araşdırmasına görə, Tramp ümumən qəribə davranışı ilə həmişə seçilsə də, aralıq seçkilərə doğru son 12 gündə bu davranış daha qızğın rəng alıb.
Bu müddət ərzində Tramp əhalini və dövlət qurumlarını açıq şəkildə hədələyib, mətbuata qarşı aşkar məhdudiyyətlər tətbiq edib.
- Tramp deyib ki, əgər Şimali Karolina xalqı Konqresə demokrat nümayəndəni seçərsə, bu ştata dövlət yardımını kəsəcək.
- Mərkəzi Bankı hədələyib ki, əgər faiz dərəcələrini aşağı salmasa, mənfi saldo qeydə alınan ölkələrlə xarici ticarəti birdəfəlik dayandıracaq.
- CNN, MS NOW and Politico mətbuat qurumlarının Ağ Evə girişini yasaqlayıb.
- 2024-cü ildə ona qarşı baş vermiş sui-qəsdin Demokratlar Partiyası tərəfindən təşkil edildiyini bildirib. Daha əvvəl sui-qəsdin arxasında İranın dayandığını demişdi.
- 11 Sentyabr hadisəsi günündə yanğınsöndürənlərin onu təcili olaraq binadan çıxardığı barədə xatirələrini danışıb, halbuki belə bir hadisə baş verməyib.
Sorğular isə göstərir ki, artıq əhalinin 70 faizi onun əqli durumunun qaydasında olmadığını düşünür.
Bizim Yol

