Ukrayna müdafiə olunmasa, Rusiya dronları Polşaya çatacaq – Müdafiə naziri

20-09-2026, 12:44           
Ukrayna müdafiə olunmasa,
Polşa Seymindəki bəzi deputatlar Polşanın deyil, Rusiyanın təhlükəsizlik strategiyasına xidmət edən açıqlamalar verir.

Musavat.com xəbər verir ki, bunu Seymdəki çıxışında bəzi müxalif deputatlara cavab olaraq Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamış deyib.

Kosiniak-Kamış xatırladıb ki, Polşa qırıcı təyyarələri cümə günü Rusiyanın Ukraynaya hücumu səbəbindən yenidən havaya qalxıb. O, həmçinin xatırladıb ki, əvvəlki gün Baş nazir Donald Tusk Rusiyanın eskalasiya üçün mümkün ssenarilərini açıqlayıb: "Bunlar artıq təcrid olunmuş hadisələr deyil; bu, NATO ölkələrinə qarşı planlaşdırılmış təcavüzdür. Bu, təsadüfi deyil; bu, Rusiyanın trategiyasıdır".

Müxalifət deputatlarının əvvəlki açıqlamalarını şərh edərkən o bildirib ki, "bu kürsüdən yalnız Polşanın deyil, Rusiyanın təhlükəsizlik strategiyasına uyğun sözlər deyilir": "Bu zalda biz Rusiyaının bu strategiyasından necə qorunacağımız barədə vahid səslə danışmalıyıq ki, o, nə Polşada, nə də Avropada tətbiq olunmasın".

Müxalifətə müraciət edən Kosiniak-Kamış sərhəddəki vəziyyəti təsvir edib: "Baxın, nə baş verir. Raketlər atılır, dronlar Polşa sərhədindən bir kilometr aralıda dü.ür. Əgər Ukraynanın hava hücumundan müdafiə sistemləri yoxdursa, bu dronları vurmaq üçün sursat yoxdursa, onda bu dronların əksəriyyəti Ukrayna ərazisindən keçərək Polşaya çatacaq. Siz də bunu istəyirsiniz?"

Xatırladaq ki, bundan əvvəl Polşanın yeni 50 milyon avroluq yardım paketinin bir hissəsi olaraq Ukraynaya Patriot raketləri verməyi planlaşdırdığı bildirilmişdi.


Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]