İsrail ordusunda BÖHRAN: Əsgərlərin məzuniyyəti və tərxisləri dayandırılıb

20-09-2026, 09:44           
İsrail ordusunda BÖHRAN: Əsgərlərin məzuniyyəti və tərxisləri dayandırılıb
İsrail ordusunda artan şəxsi heyət çatışmazlığı səbəbindən əsgərlərin məzuniyyət və tərxislərinin ləğv edildiyi bildirilir.

Sherg.az xəbər verir ki, “Maariv” qəzetinin məlumatına görə, bu qərar ordu rəhbərliyi ilə hərbçilər arasında narazılığa səbəb olub.

Dekabrda tərxis olunmağı gözləyən əsgərlər komandirlərinin onlara tərxis məzuniyyəti ala bilməyəcəklərini bildirdiyini deyiblər. Qərarın Baş Qərargah rəisi Eyal Zamir və Baş Qərargah Əməliyyat İdarəsinin rəisi İtsik Koen tərəfindən verildiyi qeyd olunub.

Səlahiyyətlilər qərarın ordudakı şəxsi heyət çatışmazlığı və İsrailin bölgədə hərbi əməliyyatlarını davam etdirməsi ilə əlaqədar qəbul edildiyini bildiriblər.

İsrail ordusunun sözçüsü Effi Defrin orduda 12-15 min nəfərlik şəxsi heyət çatışmazlığının olduğunu və vəziyyətin artıq davamlı olmadığını açıqlayıb. Baş Qərargah rəisi Eyal Zamir isə mart ayında ordunun ciddi kadr böhranı ilə üzləşdiyini və problemin həll edilməməsinin ordu üçün ağır nəticələrə səbəb ola biləcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]