Pentaqon qeyri-adi UNO-nun görüntülərini yaydı - Video

19-09-2026, 10:26           
Pentaqon qeyri-adi UNO-nun görüntülərini yaydı - Video
ABŞ Hərb Nazirliyi saatda 800 kilometrdən çox sürətlə hərəkət edən naməlum uçan obyektin (UNO) əks olunduğu beş dəqiqəlik video yayımlayıb.

Video qurum tərəfindən UNO-larla bağlı arxiv məlumatlarının altıncı paketi çərçivəsində ictimaiyyətə təqdim olunub.

Videoya əlavə edilən izahatda bildirilir ki, görüntülər 2024-cü ildə lentə alınıb. Kadrlardakı UNO "saatda 500 mil sürətlə hərəkət edən ağ rəngli, yumru kürə" kimi təsvir edilir.

Çəkiliş Yaxın Şərqdə aparılıb. Kadrlarda obyektin quru və su səthinin üzərindən uçduğu görünür.

Xatırladaq ki, fevral ayında ABŞ Prezidenti Donald Tramp hökumətin ehtimal olunan yerdənkənar həyat formaları və naməlum uçan obyektlərlə bağlı sənədləri dərc etməyə başlayacağını vəd etmişdi.

Xatırladaq ki, Pentaqon UNO-lar barədə sənədləri ilk dəfə mayın 8-də dərc etmişdi. Sənədlərin ikinci hissəsi isə mayın 22-də işıq üzü görmüşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]