ABŞ və Cənubi Koreya investisiya ilə bağlı fikir ayrılıqları fonunda danışıqlar aparıb

19-09-2026, 00:13           
ABŞ və Cənubi Koreya investisiya ilə bağlı fikir ayrılıqları fonunda danışıqlar aparıb
Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon və ABŞ-nin dövlət katibi Marko Rubio, Cənubi Koreyanın ABŞ-yə investisiyalarının ləngiməsi və Seulun Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsində mümkün rolunun müzakirəsi fonunda görüşüblər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər iki ölkə arasındakı münasibətlərin vəziyyətini, Koreya yarımadasındakı durumu, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.

Ötən il Cənubi Koreya idxalına tətbiq olunan gömrük rüsumunun 15 %-ə endirilməsi müqabilində ABŞ-də istehsala investisiya yatırmağı öhdəsinə götürüb. Bu investisiyaların həyata keçirilməsi gecikir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]