Hər kəs təəccüb içində: Zelenski Ukrayna ilə bağlı elə bir xəbər verdi ki…

19-09-2026, 00:10           
Hər kəs təəccüb içində: Zelenski Ukrayna ilə bağlı elə bir xəbər verdi ki…
Ukrayna prezidenti Volodimir Zelenski ölkənin maliyyələşdirilməsində ciddi çatışmazlıq yarandığını bildirib.

TEREF-in xəbərinə görə, Zelenski bu barədə “Karpat səkkizliyi” tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, hətta dronların qarşısını alan vasitələrin istehsalının genişləndirilməsi üçün belə kifayət qədər vəsait yoxdur.

Onun sözlərinə görə, maliyyə problemini Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə də müzakirə edib. Zelenski bildirib ki, çatışmazlığın aradan qaldırılması ilə bağlı müəyyən təkliflər hazırlanır və bunun üçün artıq bəzi razılaşmalar əldə olunub.

Ukrayna prezidenti həmçinin bildirib ki, iki yerli şirkətin sürətli dron-ələkeçiriciləri döyüş şəraitində uğurla sınaqdan keçirilib. Bu dronlar Rusiya istehsalı reaktiv “Şahed”ləri məhv etməyə nail olub./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]