ABŞ-dən Səudiyyə Ərəbistanına tarixi silah satışı

18-09-2026, 16:17           
ABŞ-dən Səudiyyə Ərəbistanına tarixi silah satışı
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına "Lockheed Martin" istehsalı olan "F-35 Lightning II Joint Strike Fighter" qırıcılarının potensial satışını təsdiqləyib. Sövdələşmənin dəyəri təxminən 24.3 milyard dollar qiymətləndirilir.

Bu barədə "Reuters" agentliyi xəbər verir.

Saziş çərçivəsində Ər-Riyad 48 döyüş təyyarəsi və 49 "Pratt & Whitney" mühərriki əldə edə bilər. Paketə, həmçinin rabitə vasitələri, ehtiyat hissələri və texnikanın istismarı üçün zəruri olan digər avadanlıqlar və xidmətlər də daxil olacaq.

Dövlət Departamentindən qeyd olunub ki, ABŞ tərəfinin qiymətləndirməsinə görə, təklif olunan satış Yaxın Şərqdəki hərbi balansı dəyişməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]