Səudiyyə geri çəkildi: Husilərə yeni təklif…

18-09-2026, 11:44           
Səudiyyə geri çəkildi: Husilərə yeni təklif…
Səudiyyə Ərəbistanı Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatı ilə iki həftəlik atəşkəsin əldə olunması üçün Omandan vasitəçilik etməsini istəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Mayadeen” yüksək vəzifəli mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, Ər-Riyad atəşkəsin əldə olunması ilə bağlı Oman rəhbərliyinə müraciət edib.

İki həftəlik atəşkəs müddətində tərəflər Yəməndəki humanitar problemin həlli yollarını müzakirə etməyi planlaşdırırlar.

Ötən həftəsonu ABŞ nümayəndələri Maskatda husilərlə görüş keçiriblər. Oman tərəflər arasında təmaslarda vasitəçi kimi çıxış edib.

“Reuters”in məlumatına görə, “Ənsar Allah” nümayəndələri ABŞ tərəfinə Amerika gəmilərinə hücum etmək niyyətində olmadıqlarını bildiriblər. Həmçinin husilər 2025-ci ildə Vaşinqtonla əldə olunan atəşkəs razılaşmasına sadiq qaldıqlarını qeyd ediblər.

Bununla yanaşı, husilərin hücumları fonunda Səudiyyə Ərəbistanı raket və hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi üçün müttəfiqlərindən əlavə yardım istəyib.

“Associated Press”in məlumatına görə, Ər-Riyad bu məqsədlə Fransa, Pakistan, Misir və Böyük Britaniyaya müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]