Dünyanı cənnətə çevirən insanlar nə yaxşı ki, vardılar.
22-09-2026, 15:54

İngilis Brandon Qrimşav 13 min dollara Seyşel adalarında kiçik bir ada alıb və əbədi yaşamaq üçün ora köçür. 46 yaşlı ingilis Brandon qəzet redaktoru işini də atıb yeni həyata başlayır.⠀ Bu vaxta qədər 50 ildən çox idi ki, heç bir insan adaya ayaq basmamışdı. Əsl Robinsona yaraşan Brendon özünə başqa adaların yerliləri arasından bir yoldaş da tapır. Onun Cüməsinin adı René Lafortin idi. Rene ilə birlikdə Brandon yeni evini tikməyə başlayır. Rene adaya ara-sıra gəlsə də, Brandon onilliklər boyu orada yaşayıb və heç vaxt ayrılmayıb. 39 il ərzində Brandon və Lafortin öz əlləri ilə adada 16 min ağac əkib və demək olar ki, 5 kilometr cığır (yol) açıblar. 2007-ci ildə Rene Lafortin ölür və Brendon adada tək qalır. Onun artıq 81 yaşı var idi.
O, adaya 2000 yeni quş növünü cəlb edir və dünyanın qalan diyarlarından (Seyşel adaları daxil olmaqla) artıq nəsli kəsilmək ərəfəsində olan yüzdən çox nəhəng tısbağa gətirir.
Qrimşonun səyləri sayəsində bir vaxtlar səhra olan ada indi Seyşel adalarının faunasının üçdə ikisinə ev sahibliyi edir. Tərk edilmiş torpaq sahəsi əsl cənnətə çevrilib. Bir neçə il əvvəl Səudiyyə Ərəbistanı şahzadəsi ada üçün Brendon Qrimşova 50 milyon dollar təklif etsə də, Robinson bundan imtina edib. “Mən adanın zənginlərin sevimli istirahət məkanına çevrilməsini istəmirəm. Yaxşı olar ki, hər kəsin zövq ala biləcəyi milli park olsun”. Və o, 2008-ci ildə adanın həqiqətən milli park elan edilməsinə nail oldu.
Есмира Шукурова

