Qədim dövrlərdən bəri farslar bir çox bitki və ağacı bərəkətliliyinə və həyatverici gücünə görə müqəddəs hesab ediblər.
18-09-2026, 12:14
Mesopotamiya mifologiyasında sərv, üzüm tənəyi və xurma kimi ağaclar "həyat ağacı" adlandırılır və müqəddəs hesab olunurdu. Bu cür inanclar Əhəmənilər və xüsusilə Sasanilər sənətinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Bu gözəl Sasani qabında üzüm dəstələri olan üzüm tənəyi bu ehtiramın simvoludur. Çiçək naxışında hazırlanmış üzüm tənəyi qabın ətrafına dolanır və xoş dekorativ naxış yaradır. Bəzəklərin arasında qaban ovlayan nizə ilə bir kişinin təsvirləri, güləşən iki kişinin, tənbur ifaçısının, zurna ifaçısının və quşların təsvirləri var. Bu qab qızıl və gümüşdən hazırlanıb. Diametri 13 santimetr, hündürlüyü isə 5 santimetrdir. Bu əsər ABŞ-ın Klivlend İncəsənət Muzeyində saxlanılır. Mahvaş Fərruxzod