Baydenin siyasəti qlobal avantüradır - ABŞ-dan baxış
20-04-2023, 10:28
ABŞ-da Baydenin siyasətinin qlobal avantüra olduğunu bildirirlər.
Publika.az xəbər verir ki, 2Bloomberg"-in köşə yazarı Hal Brands Vaşinqtonun Ukraynaya yardım etməsini və Çinə qarşı çıxmasını ABŞ prezidenti Co Baydenin qlobal avantürası adlandırıb.
"İndiyə qədər Bayden administrasiyası müdafiə büdcəsində cüzi artımla Çinlə yaxınlaşan münaqişəyə lazımi şəkildə hazırlaşarkən, Ukraynanın ehtiyac duyduğu yardımı təmin edə bilərmiş kimi davrandı", - yazar qeyd edib. Onun fikrincə, Ukrayna münaqişəsinin davam etməsi ABŞ-ın bütün dünyada siyasətinə təsir edəcək və Amerika prezidenti üçün çətinliklər yaradacaq. O vurğulayıb ki, qarşıdurma nə qədər uzun davam etsə, risklər bir o qədər yüksək olacaq.
Brands hesab edir ki, ABŞ xarici siyasət məqsədlərinə çatmaq üçün ordunu yenidən silahlandırmağa başlamalı olacaq, əks halda Vaşinqton beynəlxalq səhnədə öz ambisiyalarını qurban verə bilər.