Donald Trampın ailəsinə və biznesinə qarşı rəsmi ittiham irəli sürüldü

22-09-2022, 10:24           
Donald Trampın ailəsinə və biznesinə qarşı rəsmi ittiham irəli sürüldü
Nyu-Yorkun baş prokuroru Letisia Ceyms ABŞ-ın keçmiş prezidenti Donald Trampı maliyyə fırıldaqlarında ittiham edib.

O, brifinq zamanı bildirib ki, rəhbərlik etdiyi qurum Tramp, onun övladları və təşkilatının digər yüksək vəzifəli üzvləri ilə bağlı araşdırmaya başlayacaq.

Ceymsin sözlərinə görə, prosesin səbəbi qeyri-qanuni mənfəət əldə etmək üçün şirkətin aktivlərinin dəyəri ilə manipulyasiya edən Trampın vergidən yayınma və digər maliyyə fırıldaqları olub.

“Tramp ədalətsiz şəkildə varlanmaq və sistemi aldatmaq üçün öz sərvətini yalandan milyardlarla dollar şişirdərək, bununla da hamımızı aldadıb”, - deyə prokuror bildirib.

Təhlilçilər ittihamların Bayden administrasiyasının Donald Trampı 2024-cü il prezident seçkilərindən kənarda saxlamaq məqsədi daşıdığını bildirirlər.

Mənbə: riafan.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]