Litva Rusiyada səfərbərlik səbəbindən tədbirlər görür

22-09-2022, 09:08           
Litva Rusiyada səfərbərlik səbəbindən tədbirlər görür
Litva Müdafiə Nazirliyi Çevik Reaksiya Qüvvələrinin hazırlıq səviyyəsini yüksəltmək barədə qərar qəbul edib.

Bu addım Rusiya Federasiyası hökumətinin qismən səfərbərlik elan etməsinə cavab olaraq atılıb.

Bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas məlumat verib.

“Rusiyanın hərbi səfərbərliyi Kalininqrad vilayətində, yəni bizim qonşuluqda da aparılacaq. Bu səbəbdən də Litva buna biganə qala bilməz. Fövqəladə hallara çevik reaksiya qüvvələrimiz istənilən təxribatın qarşısını almaq üçün hazırlıq səviyyəsini artırır”, - deyə Anuşauskas “Facebook” səhifəsində qeyd edib.

Nazirin sözlərinə görə, Ukraynaya dəstəyin artırılması imkanları da öyrənilir. Anuşauskas həmçinin bütün tərəfdaşları da Ukraynaya dəstəyi artırmağa çağırıb.

“Rusiyanın Ukraynaya təcavüzü dayandırılmalıdır. Rusiyanın səfərbərlik etməklə göstərdiyi çarəsizlik onu deməyə əsas verir ki, onların işğal olunmuş Ukrayna ərazilərini “xilas etmək” üçün başqa variantları yoxdur. Rusiya son çarəni bunda görür”, - deyə Anuşauskas əlavə edib.

Mənbə: Pressorg24.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]