Rusiya qoşunları Balakleya və İzyumdan Donetsk istiqamətində qruplaşdırılıb

11-09-2022, 00:02           
Rusiya qoşunları Balakleya və İzyumdan Donetsk istiqamətində qruplaşdırılıb
Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Balakleya və İzyumda olan Rusiya qoşunları Donetsk istiqamətində yenidən qruplaşdırılıb.

“Donbasın azad edilməsi üzrə xüsusi hərbi əməliyyatın bəyan edilmiş məqsədlərinə nail olmaqdan ötrü Donetsk istiqamətində səyləri gücləndirmək üçün Balakleya və İzyum bölgələrində yerləşən Rusiya qoşunlarının yenidən qruplaşdırılması qərara alınıb”, – bildirilib.

Bu məqsədlə “İzyum-Balakleya” qoşun qruplaşmasının üç gün müddətinə “Donetsk Xalq Respublikası” ərazisinə köçürülməsi və yerləşdirilməsi məqsədilə əməliyyat keçirilib.

Əlavə olaraq qeyd olunub ki, bu əməliyyat zamanı Rusiya qoşunlarının real hərəkətlərini təyin etmək üçün bir sıra diqqəti yayındıran və nümayişkaranə tədbirlər həyata keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]