Daha bir ölkədə matəm elan olundu

10-09-2022, 12:14           
Daha bir ölkədə matəm elan olundu
Kanadada Böyük Britaniya Kraliçası II Elizabetin ölümü ilə əlaqədar 10 günlük matəm elan olunub.

Bu barədə Redaktor.az xarici KİV-ə istinadən xəbər verir.

Hesablama monarxın ölüm günündən aparılır.

Bütün bu müddət ərzində bövlət bayraqları endiriləcək. Bayraqlar yalnız bir gün – III Karlın rəsmi olaraq Böyük Britaniya Kralı elan olunan gün qaldırılacaq. Sonra bayraqlar yenidən endiriləcək və II Elizabetin dəfn günü qaldırılacaq.

Qeyd edək ki, Böyük Britaniyada da 10 günlük milli matəm elan olunub. Matəm II Elizabetin dəfn mərasimi ilə başa çatacaq.

II Elizabet sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib. O, Kanada da daxil olmaqla, 15 ölkədə formal dövlət başçısı idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]