Polşa XİN rusiyalılara viza verilməməsi üçün konsepsiya hazırlayır

15-08-2022, 09:44           
Polşa XİN rusiyalılara viza verilməməsi üçün konsepsiya hazırlayır
Polşa Xarici İşlər Nazirliyi rusiyalılara vizaların verilməməsi üçün xüsusi konsepsiya hazırlayır.

Bu barədə Polşanın xarici işlər nazirinin müavini Pyotr Vavjik məlumat verib.


Onun sözlərinə görə, Polşa Rusiya vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılmasının tərəfdarıdır.

Bununla belə, o, Aİ ölkələrinin heç də hamısının bununla razılaşmadığını etiraf edib. Nazir müavini qeyd edib ki, Almaniya, Fransa və Niderland da daxil olmaqla, Aİ-yə üzv dövlətlər buna qarşı çıxır.

Xatırladaq ki, avqustun 18-dən etibarən Estoniya artıq Şengen vizası olan rusiyalıları da ölkəyə buraxmayacaq.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]