SON DƏQİQƏ: Rusiya qırıcıları bombaladı - Onlarla insan öldü

10-02-2020, 09:29           
SON DƏQİQƏ: Rusiya qırıcıları bombaladı - Onlarla insan öldü
Rusiya qırıcılarının Suriyanın İdlib və Hələb vilayətinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 20-ni ötüb. Çox sayda yaralı var.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, onların hamısı dinc insanlardır. Yerli mənbələrin məlumatına görə, hücumlar zamanı yaşayış məntəqələrinin yerləşdiyi ərazilər hədəfə alınıb.

Qeyd edək ki, İdlib və Hələb “təhlükəsizlik bölgəsi”ndə yerləşir.

Anar Türkeş












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]