İsveç benzin və dizeli birdəfəlik qadağan edir

1-02-2019, 07:44           
İsveç benzin və dizeli birdəfəlik qadağan edir
İsveç benzin və dizel yanacaq növünü qadağan etməyə hazırlaşır. AzEuroNews.com xəbər verir ki, bu barədə İsveçin baş naziri Stefan Löfve açıqlama verib.

O bildirib ki, dizel və benzin avtomobillərinin satışı da 2030-cu ildən sonra qadağan oluna bilər.

Baş nazir bildirib ki, hazırda Danimarka, Hindistan, Hollandiya, İrlandiya və İsrail də bezin və dizel avtomobillərinə qadağa qoymağa hazırlaşır.

2030-cu ilə qədər isə, Kosta Riqa, Norveç, Cənubi Koreya kimi ölkələr benzin və dizelli avtomobillərin satışını qadağa etməyi düşünür.

İngiltərə və Fransa 2040-cı ildən, Almaniya isə 2050-ci ildən tez benzin və dizellə bağlı qadağa tətbiq etmək istəməyən ölkələr sırasındadırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]